Qanunla Lamiyə Quliyeva həbsxanada cinsi əlaqədə ola bilməzdi - Deputatdan səs-küylü olaya ŞƏRH

9-02-2015, 19:13   
Qanunla Lamiyə Quliyeva həbsxanada cinsi əlaqədə ola bilməzdi - Deputatdan səs-küylü olaya ŞƏRH
Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan 1987-ci il təvəllüdlü Lamiyə Quliyevanın ötən ilin oktyabr ayında nikahdankənar uşaq dünyaya gətirməsi bir çox müzakirələrə səbəb oldu. Maraqlıdır ki, bu məsələdə istər rəsmi, istərsə də qeyri-rəsmi qurumların razı tərəfləri görünmədi.

Qanunla ailəli məhbuslara həyat yoldaşı ilə 6 aydan bir uzunmüddətli görüş verilir. Bəs yetkinlik yaşı ötmüş məhbusların cinsi tələbatı necə, qanunla tənzimlənirmi?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə Modern.az-a bildirib ki, qanunda məhbusun uzunmüddətli görüşü ancaq ailə üzvüləri ilə nəzərdə tutulub: “Bura valideyinlər, həyat yoldaşı, övladlar daxildir. Amma hazırki durumda hər hansı bir məhkumun istədiyi şəxsdən uzunmüddətli görüşü nəzərdə tutulmayıb. Uzunmüddətli görüş otaq şəraitində olur. Yəni onları heç kim narahat etmir, onlar görüşürlər, istirahət edirlər, orda qalırlar. Qanunda belə bir qayda yetkinlik yaşı ötmüş məhbusların cinsi tələbatının ödənilməsi üçün nəzərdə tutulmayıb”.

Qanunda nəzərdə tutulmayan bu halın baş verməsi xüsusilə hüquq-mühafizə orqanlarının nüfuzuna zərbə vurdu. Belə bir şəraitdə Lamiyə hamilə qalıbsa, deməli nəzarət sistemində boşluqlar var. Demək olarmı ki, nəzarət sistemində işləyənlər öz səlahiyyətlərindən xəbərsizdir?



Çingiz Qənizadənin sözlərinə görə, məhkum Lamiyə Quliyeva ilə bağlı hadisənin (onun cinsi əlaqədə olmasının) hansı şəraitdə baş verməsindən hələlik heç kəs məlumatlı deyil:

“Demək olmaz ki, müəssisədə işləyənlər öz səlahiyyətlərindən xəbərsizdir. Buna görə də indidən ittiham irəli sürməyimiz düzgün olmazdı. Şübhəsiz ki, burda hansısa vəzifəli şəxsin səhlənkarlığı və ya nəzərətdən yayınma halı ola bilər. Hələlik çox istərdim ki, mətbuatda hərə öz bildiyi kimi məsələyə qiymət verməyə çalışmasın. Ən azı rəsmi açıqlamalar gözlənilməlidir. Misal üçün Ədliyyə Nazirliyi və Baş Prokurorluq birgə açıqlama yaydı ki, uşağın atası bəllidir. Rəsmi açıqlama olandan sonra biz də məsələyə qiymət verərik ki, bu niyə belə olub?”.

1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən L. Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndiriliblər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci ildə isə L. Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə əlavə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.
/modern.az/
Yeganə OQTAYQIZI
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.