Bakıda 9 yaşlı oğlanı zorlayana HÖKM OXUNDU

10-02-2015, 01:02   
Bakıda 9 yaşlı oğlanı zorlayana HÖKM OXUNDU

16 yaşlı yeniyetmə 5 ilini həbsdə keçirməli olacaq

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Oqtay Mayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrlik etdiyi qapalı prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə O. Mayılov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittihamçı-prokuror Oqtay Mayılovun 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini məhkəmədən istəmişdi.
Xatırladaq ki, Oqtay Mayılov ötən ilin yayında Sabunçu qəsəbəsində 9 yaşlı oğlanı Əlini (ad şəri verilib) zorlayıb. Həmin vaxt azyaşlı siqaret çəkirmiş. Oqtay azyaşlını siqaret çəkməsini onun anasına deyəcəyi ilə hədələyib və 9 yaşlı oğlanı gizli yerə apararaq zorlayıb.
Oqtay Mayılov Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə itiham edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.