Bakı metrosunda yenidən gərgin anlar yaşanıb.
Bu barədə hadisə şahidləri ANS PRESS-in "qaynar xətti"nə məlumat veriblər. Bildirilib ki, metronun "Elmlər Akademiyası" stansiyasında işıqlar sönüb. Bu səbəbdən də, stansiyada eskalatorlar dayanıb.
Sərnişinlər hansısa pis hadisənin baş verəcəyindən qorxublar. Nəticədə stansiyada müəyyən çaxnaşma baş verib.
Məsələyə aydınlıq gətirmək üçün metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq. Metropoliten rəsmisi hadisənin baş verdiyini təsdiqlədi.
"İşıqların sönməsinə səbəb gərginliyin düşməsi olub. Gərginliyin düşməsi səbəbindən stansiyada işıqlar sönüb, eskalator dayanıb. Lakin qatarların hərəkətində heç bir problem yaranmayıb. Elektrik xəttlərindəki nasazlıq 2 dəqiqə çəkib. Hazırda stansiyanın xidmət fəaliyyətində heç bir problem yoxdur", - deyə Nəsimi Paşayev bildirib.
Mənbə
ANS PRESS