Əli İnsanovun 1,5 milyon dollarından xəbər

10-02-2015, 14:27   
Əli İnsanovun 1,5 milyon dollarından xəbər
Məhkəmə Əli İnsanovun bankdakı pulunun müsadirə olunması məsələsinə baxdı
Bakı Ağır Cinayətlər Məhkəməsində məhkum sabiq səhiyyə naziri İnsanov Əli Binnət oğlunun adına “Banque de Luxembourg” kommersiya bankında aşkar edilmiş və 2000-2002-ci illərdə qoyulan 1,5 milyon ABŞ dollarının müsadirə olunması məsələsinə baxılması ilə əlaqədar Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin təqdimatına baxılıb.

ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, iclasda Əli İnsanovun hüquqlarını müdafiə edən vəkil Ağaveys Şahverdi “Banque de Luxembourg” bankına yatırılan 1,5 milyon ABŞ dollarının Əli İnsanovun ixtira etdiyi “İnsanovin” dərmanının satışından yığılan vəsait olduğunu qeyd edərək bununla bağlı müvafiq orqanlara sorğular verilməsi, həmçinin Əli İnsanovun işlədiyi dövrdə vergi ödəyicisi kimi dövlət büdcəsinə ödədiyi vergilər barədə Vergilər Nazirliyinə də sorğu göndərilməsi barədə vəsatətlər verib.

Məhkəmə vəsatətlərin təmin olunması barədə qərar qəbul edib.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.