Bakıdakı həbsxanada cəza çəkən məhkuma gətirilən sovqatda dərman tapılıb.
Virtualaz.org Penitensiar xidmətin saytına istinadən bildirir ki, əməliyyat qurum əmkdaşları tərəfindnə keçirilib.
Əməliyyat vaxtı 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Rafiq Məşədi oğlu Mövsümova Tovuz rayon sakini Əsəd Məsim oğlu Fərzəliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilib və çörəyin içərsində xüsusi üsulla gizlədilmiş 30 ədəd “Tramadol” həbi aşkar edilərək götürülüb.
Qeyd edək ki, Əsəd Fərzəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1,29; 120.2.7 və 66.3 maddələrinə əsasən 11 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.
Virtualaz.org