Aslan Aslanovun ölkədən çıxışına qeyri-rəsmi qadağa qoyulub

10-02-2015, 15:06   
Aslan Aslanovun ölkədən çıxışına qeyri-rəsmi qadağa qoyulub
Eks-nazir müavininin ətrafında halqa daralır.

“Lamiyə işi”nin əsas fiqurantı Aslan Aslanovun ölkədən çıxışına qeyri-rəsmi qadağa qoyulub. Hüquq-mühafizə orqanlarına yaxın mənbədən verilən məlumata görə, sabiq nazir müavini ölkədən kənara çıxmaq istəsə, onu geri qaytaracaqlar.

Fevralın 9-da Baş Prokurorluq L.Quliyevanın qanunsuz olaraq təqsirləndirilməsinə və məhkum olunmasına dair araşdırmalara başladığını açıqlayıb. Açıqlamada işdə adı keçən vəzifəli şəxslərin həbs ediləcəyi anons edilib. Belə görünür ki, hüquq-mühafizə orqanları “Lamiyə işi” üzrə əsas dindirilməli şəxs A.Aslanovun ölkədən gedə bilməsi ehtimalını nəzərə alıblar və onun sərhədləri aşmasına qadağa qoyulub. Eks-nazir müavininin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair işlər Üzrə İstintaq İdarəsinə çağırıldığı xəbəri də var. Qeyd edilir ki, A.Aslanovu iş üzrə qeyri-rəsmi sorğu-sual edərək sərbəst buraxıblar.

Xatırladaq ki, L.Quliyevanın anası K.Quliyeva, onun nişanlısı olmuş, hazırda ömürlük həbsdə olan Vüqar Əliyevin atası İbrahim İsmayılov övladlarına qanunsuz olaraq cəza, işgəncə verilməsində A.Aslanovu ittiham edirlər. Deyirlər ki, A.Aslanov oğlunun öldürülməsinə görə onların övladları ilə bərəbər özlərinə qarşı da qanunsuzluqlara nail olub. Vəzifəsindən sui-istifadə edərək onların qanunsuz həbslərinə və uzunmüddətli azadlıqdan məhrum edilmələri ilə nəticələnən sifarişlər verib. Həmin sifarişlərin icrası üçün əlindən gələni edib. Vüqar Əliyevin yeməyinə saxlandığı Qobustan Qapalı Həbsxanasında zəhər qatılıb, 4 saylı cəzaçəkmə müəssisəsində saxlanan Lamiyə Quliyeva isə özünü öldürmə həddinə çatdırılıb. Məhkum qadın dəfələrlə özünü öldürmək istəyərək qollarını doğrayıb, özünü asıb.

Araşdırmaların nəticəsi olaraq başlanacaq istintaqda A.Aslanovu çətin suallar gözləyir. O, icra başçısı, sonradan isə nazir müavini olaraq faktiki dövlətin qanunlarına qarşı gedib, dövlətin adından çıxarılan məhkəmə hökmlərini saya salmayaraq özünün istəyinə uyğun qərarlar verilməsinə nail olub. Bu əmələrinə görə dövlətin qarşısında cavab verilməlidir. //musavat.com

Yenilik.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.