Erməni Kremli ayağa qaldırdı

10-02-2015, 15:11   
Erməni Kremli ayağa qaldırdı
Aşot Arakelyan binaya bomba qoyulması haqda məlumat yayıb
Kremldə bomba olduğu haqqında yalan məlumat vermiş Ermənistan vətəndaşı Rusiyada mühakimə ediləcək.

ANS PRESS-in məlumatına görə, Rusiya prokurorluğu Ermənistan vətəndaşı Aşot Arakelyan barəsində cinayət işi qaldırıb. RF-də yaşayan erməni Kremldə partlayış olacağı haqqında polisə yalan məlumat verməkdə ittiham olunur.

Hadisə 15 yanvar tarixində baş verib. Rusiya Federasiyasının ərazisində qanunsuz olaraq yaşayan 37 yaşlı Arakelyan özünə diqqət cəlb etmək arzusunda olub. Bu əməli də məhz bunun üçün edib. Rusiya Daxili İşlər Nazirliyinin Soçi Daxili İşlər İdarəsinin növbətçisinə zəng vuran şəxs Kremldə partlayış olacağını deyib.

"Terror aktı haqqında yalan məlumat vermək" maddəsi ilə ittiham olunan müttəhimi üç il azadlıqdan məhrum etmə gözləyir.

Prokuror ittihamı təsdiq edib və cinayət işini müzakirə üçün Soçidəki Dünya Məhkəməsinə yönəldib.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.