Azərbaycanlı lotuların Moskva və İstanbulda qanlı savaşı - Video

11-02-2015, 12:45   

[media=https://www.youtube.com/watch?v=775cIM1Psq8]
Kriminal aləmin azərbaycanlı liderləri arasında yeni müharibə başlayıb. Moskvada azərbaycanlılara məxsus “Abşeron” kafesində Lotu Qulinin (Nadir Səlifov) qruplaşmasından olan şəxslər Dato Ağcabədinski və onun yaxın adamı Natiq Əlibayramlınskini qətlə yetiriblər. Öldürülənlər Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən olan Cavid Məmmədovun rəhbərlik etdiyi qruplaşmaya daxil idilər. Publika.az xəbər verir ki, elə həmən gün Türkiyədə 46 yaşlı qanuni oğru Vadim İvanenko güllələnib. O, hadisə yerindəcə keçinib. Onun dostu, qanuni oğru Vladimir Juravski (ləqəbi Vova Puxlıy) qolundan yaralanıb. Vadik Krasnodarski ləqəbi ilə məşhur olan Vadim İvanenko Aslan Usoyanın (Ded Xasan) qruplaşmasının tanınmış üzvlərindən idi. Güman edilir ki, onu Ded Xasan klanı ilə müharibə aparan Rövşən Lənkəranskinin adamları güllələyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.