Bu rayon mənimdir, yeyəcəyiksə ancaq ortaq yeyəcəyik

11-02-2015, 13:03   
Bu rayon mənimdir, yeyəcəyiksə ancaq ortaq yeyəcəyik
Qaradağ rayonunda əsas biznes növü kimi daş karxanalarının özünməxsus yeri var. Neçə illərdən bəri böyük oliqarxlar bu karxanalar uğrundan adəta bir biriylə savaşırlar.
Bu mübarizədə əzilən xırda iş adamları olsada, nə onlar, nə də arxalarındakı məmurlar geri çəkilir. Qaradağla bağlı məsələlər hüquqdakı boşluqlardan yararlananlar tərəfindən Bakının digər rayon məhkəmələrində baxılması işi gülünc halə gəlməsinə səbəb olub.
Ancaq son illərdə daş karxanaları rayonun icra hakimiyyətinin başçısı Süleyman Mikayılovla dil tapa biliblər. Biznes təcrübəsi olan Mikayılov hətta iri oliqarxlarla dil taparaq, karxana biznesinə ortaq ola bilib.
Bununla bağlı .......... daxil olan məlumata görə, bu biznes uğrunda mübarizə aparan kiçik çaplı məmurları sıradan çıxaran icra başçısı onlara çataçaq olan payı mənimsəyib. Eyni zamanda iri çinli məmurlarla da bərabərhüquqlu ortaqlıq məsələsində anlaşıb. Yəni, "bu rayon mənimdir, yeyəcəyiksə ancaq ortaq yeyəcəyik” prinsipi ilə hərəkət edib.
Karxana sayını özünün belə bilmədiyi bildirilən icra başcısının dövlət vəsaitini dədə malını kimi mənimsəyib
Qeyd olunur ki, hüquqları pozulan, əmək müqaviləsi olmadan çalışdırılan fəhlələr də məhz onun karxanalarında işləyənlərdir. Qul yerinə qoyulan fəhlələrin müxtəlif səbəblərdən hər ay maaşları da kəsildiyi vurğulanır

Əmək müqaviləsi, icbari həyat sığortası olmadan insan həyatı üçün həyati təhlükə daşıyan karxanalarda qəza keçirən fəhlələrin işə çıxa bilmədiyi günlərdəki maaşları kəsildiyi halda, icra başcısı ayda iki-üç yüz manat gəlir götürür bu karxanalardan.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla dostluq əlaqələrindən yararlanan başçı bu faktı araşdıran müfəttişləri karxanalara buraxmamaq təlimatı verdiyidə deyilir.
Hətta deyilənlərə görə Qaradağın Qızıldaş qəsəbəsindəki karxanalara nazirlə icra başçısının ortaq olduğu qeyd olunmaqdadır.
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov karxanalar üzərində hakimiyyətini Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Rasim Əhmədov həyata keçirir

Rasim Əhmədov bir ay ərzində karxanalardan icra başçısının adı altında təxminən 120-150 min manata yaxın pul yığdığı bildirilir.
Süleyman Mikayılovun müxtəlif sahələr üzrə peşəkarlaşmış pulyığanları var. Əgər karxanalardan haqqı Rasim Əhmədov yığırsa, torpaq alverinə də rayonun baş memarı Naiq Səmədov baxır.
Məhz onun əli ilə Süleyman Mikayılov rayon ərazisində inşa olunan fərdi evlərin hər birinin ilk mərtəbəsindən müvafiq olaraq 3000 manat, ikinci mərtəbəsinə görə is
5000 manat pul alır.
Bir sözlə, Qaradağ rayonunda öz qanunlarını tətbiq etməyə müvəffəq olan Süleyman Mikayılovun əməlləri rayonda dəhşətli vəziyyət yaradıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.