Bakı şəhər Baş Polis İdarəsi yolda vurulan ana və qızı barədə məlumat yayıb.
Qurumun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən saat 17:45-də, Z.Bünyadov prospektində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Seyid Seyidov idarə etdiyi “Opel” markalı avtomobillə 1977-ci il təvəllüdlü Vəfa Sadıqovanı və qızı 2002-ci il təvəllüdlü Fərqanə Sadıqovanı vurub.
Xəstəxanaya yerləşdirilən V.Sadıqova orada ölüb. F.Sadıqovanın vəziyyəti isə qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.