Saxta əskinas çap edən bir qrup şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Yasamal rayon Polis İdarəsi 27-ci polis bölməsi, rayon mühafizə idarəsi əməkdaşları tərəfindnə keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Balakən rayon sakinləri – 1997-ci il təvəllüdlü Elmin Qasımovdan, 1983-cü il təvəllüdlü Urfan Hacıyevdən, 1994-cü il təvəllüdlü Ceyhun Osmanovdan və 1987-ci il təvəllüdlü Ruslan Xəmmədovdan 22 ədəd 20, 6 ədəd 5 və 1 ədəd 1 manatlıq saxta əskinaz aşkar olunaraq götürülüb.
Onların kirayə yaşadıqları evə baxış zamanı 18 ədəd 20 və 18 ədəd 1 manatlıq saxta əskinaz və çap dəzgahı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.