Şimal Karolina ştatının sakini 46 yaşlı Kreq Stiven Xiksu üç müsəlmanın qətlində ittiham olunur.
ANS PRESS-in məlumatına görə, Xiksunun dünən Çapel-Xill şəhərində 3 müsəlmanı güllələdiyi bildirilir.
Ölənlərdən ikisi Şimal Karolina Dövlət Universitetinin tələbəsi olub. Üçüncü şəxs isə bu il həmin ali məktəbin tibbi kollecinin stomatoloji bölməsinə daxil olmağı planlaşdırırmış.
Universitetin saytında ölənlərin adları yazılıb: 23 yaşlı Dea Barakat, onun əri 21 yaşlı Yusor Məhəmməd və onun bacısı 19 yaşlı Abu-Salxa.
Qonşular ölənləri müsəlman icmasının aktiv üzvləri kimi təsvir edib. Onlar xeyriyyəçiliklə məşğul olurdular və inkişafdan qalan ölkə sakinlərinə kömək edirdilər.
Qatil özü cinayətin törədilməsindən dərhal sonra Pittsboro ətraflarında yerləşən qraflığın şerifinin ofisinə gəlib. Onun ateist olduğu bildirilir.
Qətlin səbəbləri dəqiqləşdirilir.