Türkiyənin Əskişehir şəhərində yaşayan 89 yaşlı Mehmet İnanc 55 ildir yatmır.
Avropa.info xəbər verir ki, İnanc 55 ildir yata bilmədiyini deyərək , bu vəziyyətin üstünlüklərindən istifadə etdiyini deyib.
"Bütün həkimləri gəzsəm də bir nəticə əldə edə bilmədim. Əvvəllər bu vəziyyətə alışa bilməsəm də, sonradan heç bir problemlə qarşılaşmadım. Yatmıram, amma sağlamlığım yerindədir . Yuxusuz qalmağın üstünlüklərindən istifadə etməyə başladım. Vaxt kimi çətinliyim yoxdur . Bütün işlərimi görürəm. Gecələri vaxt keçirmək üçün kitabxanadakı kitabları oxuyuram, qəzet oxuyuram, tapmaca həll edirəm. Evimin altına qurduğum emalatxanada mebel təmirləri edirəm. Corab hörürəm. Bunları da dostlarıma, qohumlarıma hədiyyə edirəm".