Öldürülən diaspor liderinin meyiti Azərbaycana gətirildi

12-02-2015, 19:28   
Öldürülən diaspor liderinin meyiti Azərbaycana gətirildi
Yasinəli Nəsibovun meyiti öz avtomobilində tapılmışdı
Ukraynanın Luqansk şəhərində öldürülən Luqansk vilayəti üzrə Azərbaycanlılar Konqresinin keçmiş sədr müavini Yasinəli Nəsibovun meyiti Azərbaycana gətirilib.

Luqansk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyev APA-ya açıqlamasında bildirib ki, Y. Nəsibov ötən gün doğulduğu Qazax rayonunda dəfn olunub.

Y. Nəsibovun nəşi diaspor fəallarının dəstəyi ilə “Luqansk Xalq Respublikası”nın nəzarətində olan Luqansk şəhərindən çıxarılaraq Azərbaycana gətirilib.

Qeyd edək ki, Azərbaycanın Qazax rayonundan olan, Ukrayna vətəndaşı, 1957-ci il təvəllüdlü Yasinəli Nəsibovun meyiti fevralın 3-ü səhər saatlarında Luqansk şəhərinin Şevçenko kvartalındakı marketlərdən birinin qarşısında, öz avtomobilində tapılıb. Meyitin üzərində çoxsaylı güllə yarası olub.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.