"Lekso Qalski" Rusiya ərazisindən iki dəfə çıxardılıb
Tweet Rusiyanın Sankt-Peterburq şəhərində Lekso Qalski ləqəbli "qanuni oğru" saxlanılıb.
ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Gürcüstan sakini Peterburq restoranlarından birində saxlanılıb.
""Lekso Qalski" Rusiya ərazisindən iki dəfə çıxardılıb. Axırıncı dəfə Yoşkar-Olinsk şəhər məhkəməsinin qərarı ilə ölkədən çıxarılıb. Ancaq, o məhkəmənin qətnaməsinin icrasından yayınıb və Sankt-Peterburq şəhərində olub", - deyə açıqlamada bildirilir.
Bundan başqa hüquq-mühafizə orqanlarının əməkdaşları "qanuni oğru"nun üzərindən 5 qram heroin götürüblər.
Mənbə
ANS PRESS