Türkiyənin sabiq baş naziri Tansu Çillərin evi qarət edilib. Soyğunçular evdən pul və zinət əşyaları aparıblar.
Bildirilir ki, mayın 6-na keçən gecə silahlı adamlar keçmiş baş nazirin evinə soxulublar. Cinayətkarlar ev sahibinin və onun mühafizə işçilərinin yatmasından istifadə edərək mənzildən böyük məbləğdə pul və qiymətli əşyalar aparıblar.
O da məlum olub ki, cinayətkarlar Tansu Çillərin tanınmış adamlar olan qonşularını da vaxtilə qarət ediblər.