Rövşən Bağırov Neftçala və Lerikdə böyük heyvandarlıq təsərrüfatı yaradıb
Lerikin icra başçısı Rövşən Bağırovun heyvandarlıq təsərrüfatı var imşi. Bu barədə JAM.AZ-a həmin təsərrüfatla yaxından məşğul olan işçilərdən biri məlumat verib.
Onun bildirdiyinə görə, Rövşən Bağırovun olan sürünün 25 min doğar qoyunu var. Bu isə xırda buynuzlu heyvanların sayının orta hesabla 35-40 min baş olduğu deməkdir. Qışda Neftçaladakı “Xanqışlaq” ərazisində otlaqlara göndərilən sürüyə Xanoğlan Orucov adlı şəxs nəzarət edir. Yay aylarında isə Lerikdəki yaylaqlar icra başçısının göstərişinə əsasən çobanların ixtiyarında olur.