«Dəli Mayıl» ləqəbli dispanser rəhbərinin rüşvət tələb etməsi əsəb xəstələrini belə özündən çıxarıb
Sumqayıtdakı Ruhi-Əsəb Dispanserinin «Dəli Mayil» kimi tanınan baş həkimi orada müalicə alan əsəb xəstələrini təngə gətirib. JAM.AZ xəbər verir ki, iş o həddə çatıb ki, dispanserdə qeydiyyatda olan və müalicə alanlar mətbuata üz tutmalı olublar.
Onların bildirdiyinə görə, baş həkimin rüşvətxorluğundan təngə gəliblər. Müalicə alan şəxslərin dediyinə görə, sözügedən şəxs sağlam insanlara 1500-2000 manata «dəlilik kağızı» verir. Amma əsəb xəstəliyindən əziyyət çəkən xəstələrə isə dərmanları ikiqat bahasına satır. Məlumatı verən şəxslər vurğulayıblar ki, dispanserdə müalicə alan xəstələrə pulsuz verilməli olan dərmanlar baş həkim tərəfindən apteklərə satılır və onlar da məcburiyyətdən həmin pereparatları baha qiymətə əczaxanalardan almalı olurlar.
Mayil həkimin pul hərisliyi təkcə bununla yekunlaşmır. Həmçinin o, dispanserdə müalicə almaq üçün gətirilən xəstəyə yorğan-döşəyi də satır. Bunun müqabilində isə 30 manat tələb olunur. «Təsəvvür edin ki, ağrıdan qıvrılan xəstələrə baş həkim pulsuz baxmaqdan imtina edir. Ondan şikayət edənləri isə polislə hədələyib, həbs etdirəcəyini deyir».
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.