Bakı şəhərində 9-cu sinif şagirdi özünə bıçaqla xəsarət yetirib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Muxtarov qəsəbəsi, 8-ci mədən küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Zemfira Aqil qızı Abbasova yaşadığı evdə özünü bıçaqla yaralayıb.
Polisdən Z. Abbasovanın 9-cu sinif şagirdi olduğu bildirilib. Faktla bağlı araşdırma aparılır.