Azər Qasımlı Bakı polisində şahid qismində dindirilib (yenilənib) video

26-11-2024, 08:29   


Azər Qasımlı







Azər Qasımlı saat 19.30 radələrində Bakı şəhər Baş Polis İdarəsindən çıxıb.

O, Turan-a bildirib ki, “şahid qismində” dindirilib. Ona hazırda araşdırılan bir neçə cinayət işi ilə bağlı suallar verilib.

Qasımlı yazılı iltizam verdiyinə görə hansı cinayət işlərindən söhbət getdiyini deyə bilməyib.

Qasımlıya onun rəhbərlik etdiyi Siyasi menecment institutunun fəaliyyəti barədə də xeyli  suallar verilib.

Bu quruma qarşı cinayət işinin  olub-olmadığı  barədə Turanın sualına  o xeyir cavabı verıb.

Qasımlının ölkədən çıxışına qadağa qoyulmasına gəlincə, ona bu barədə məlumatın daha  sonra veriləcəyi bildirilib.

 

* * *

2024-11-25 13:51

Azər Qasımlı paytaxt polisinə çağırılıb

Siyasi Menecment İnstitutunun  direktoru, politoloq Azər Qasımlı bu gün saat 16:00-da Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Bu barədə o, Facebook-da yazıb.

Qasımlı bildirib ki, çağırış onun ölkədən çıxışına qoyulan qadağanın səbəbi barədə bəyanatı ilə bağlıdır.

Xatırladaq ki, ötən cümə günü Bakı hava limanında Azər Qasımlını ölkədən buraxmayıblar. Sərhədçilər bildiriblər ki, Daxili İşlər Nazirliyi onun Azərbaycandan  çıxışına qadağa qoyub.

 


  • Turan İnformasiya Agentliyi


  •  

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar