Bakının Xəzər rayonu ərazisində küçənin ortasında qadını bıçaqlayaraq öldürüblər.
ANS PRESS-in Xəzər rayon Polis İdarəsi 2-ci polis bölməsinə istinadən verdiyi məlumata görə, hadisə “Əli Ayağı” ziyarətgahı yaxınlığında qeydə alınıb.
Tapılan meyit 30 yaşlarında olan qadına məxsusdur. Meyitin üzərində bir neçə bıçaq xəsarətləri aşkar olunub.
İlkin ehtimala görə, qadın qətlə yetirilib. Lakin nə ölən şəxsin kimliyi, nə də qətlin motivi haqqında heç bir məlumat verilməyib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.