Bakıda 15 yaşlı qızın etdiyini inanmayacaqsız (VİDEO)
14-02-2015, 14:24
Gecə saatlarında paytaxtın Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib Gecə saatlarında paytaxtın Sabunçu rayonu Muxtarov qəsəbəsi 8-ci mədəndə bıçaqlanma hadisəsi baş verib.
ANS TV-nin məlumatına görə, 15 yaşlı Zemfira Abbasova ilə bacısı arasında mübahisə yaranıb. Əsəblərini cilovlaya bilməyən Zenfira əlini bıçağa atıb və bıçağı özünün qarın nahiyyəsinə sancıb. Hadisə baş verən vaxt 15 yaşlı məktəblinin valideynləri evdə olmayıb. Qarın nahiyyəsindən ağır bıçaq zərbəsi alan yaralını da elə qonşular 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırıblar.
Həkim Tofiq Sadıqov dediyinə görə, yaralı çox qan itirdiyindən dərhal əməliyyata götürülüb və hazırda vəziyyəti ağır olaraq qalır.
Hadisə barədə məlumat alan Sabunçu rayon Polis İdarəsinin əməkdaşları dərhal araşdırmalara başlayıb. Faktla bağlı cinayət işidə başlanıb.