Dubayda azərbaycanlı “mama Roza” həbs edildi

14-02-2015, 17:24   
Dubayda azərbaycanlı “mama Roza” həbs edildi
DİN İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Gülnarə Musa qızı Əkbərzadəyə açılmış cinayət işi üzrə araşdırmalar başa çatıb.

Yenilik.Az Qaynar.info-ya istinadən xəbər verir ki, G.Əkbərzadə 8 il ərzində hüquq-mühafizə orqanlarından gizlənməyə nail olub. Buna görə də o, İnterpol xətti ilə qırmızı xətlə axtarışa verilib.

Mütəşəkkil cinayətkar dəstənin başçısı G.Əkbərzadə bu yaxınlarda Dubayda həbs edilib. Hazırda onun işinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilməsinə müvafiq hazırlıq işləri aparılır.

DİN İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən vesti.az-a verilən məlumata görə, G.Əkbərzadənin başçılıq etdiyi dəstənin 4 üzvü bundan əvvəl həbs edilərək cinayət məsuliyyətinə cəlb olunub.

Yenilik.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.