Arvad-uşağını vəhşicəsinə öldürən erməni biznesmen tutulub (FOTO)

15-02-2015, 06:11   




Ötən gün Moskvada 41 yaşlı qadın və 7 yaşlı qızı ölü tapılıb.

ANS PRESS-in məlumatına görə, ana və uşağının qətlə yetirilməsindən şübhəli bilinən erməni əsilli ailə başçısı tutulub.

Tətqiqatçılar bildiriblər ki, 51 yaşlı biznesmen Xoren Hazaryan yoldaşı Viktoriya Karaqulyan və 7 yaşlı qızını münaqişə zəminində qətlə yetirib. İlkin məlumatlara əsasən, 13 fevral tarixində Xoren kart oynamağa gedib, gecə gəldikdə isə ona qapı açan olmayıb və telefon zənglərini də cavab verilməyib.

Güman edilir ki, kişi yeraltı qaraja düşüb və maşında yatıb. Bu isə ermənini özündən çıxarıb. Səhəri gün Xoren çardağın 3-cü bölümündə olan yay verandasından evə daxil olub. Oradan isə liftlə şübhəli mənzilin birinci mərtəbəsinə düşüb və istintaqın bildirdiyinə görə məhz orada cinayəti törədib.

İlkin məlumatlara görə, ilk qurban qadın olub. Viktoriya yaralı olmasına baxmayaraq, ölü tapıldığı 2-ci mərtəbənin otağına kimi qalxa bilib. Qətli törədən Xoren daha sonra üstündən qan izlərini yumaq üçün duş qəbul edib.

Hazırda erməni qatil sorğu olunması üçün əməliyyatçılar tərəfindən yaxalanıb.

Qatil erməni puldan da əziyyət çəkən olmayıb. O nəhəng “Mobilift Rusland” şirkətinin icraçı direktoru vəzifəsində çalışır və yükləyici maşınların kirayəsi, eləcə də satışı ilə məşğul olan bir neçə şirkətə sahibdir.

Qeyd edək ki, hadisə barədə polisə şikayəti qətlə yetirilmiş qızı ilə əlaqə saxlaya bilməyən, Xorenin qaynanası məlumat verib. Tədqiqatçılar əvvəlcə qadının uşağı öldürdüyü və daha sonra özünü öldürdüyü qənaətində olublar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.