Danimarka polisi şübhəlini vurdu

15-02-2015, 10:25   
Danimarka polisi şübhəlini vurdu

Danimarkada paytaxtın mərkəzindəki kafeyə hücum edən yaralanıb.

ANS PRESS-in məlumatına görə, bunu polis qüvvələri mətbuat konfransı zamanı bildirib. Danimarka polisi atəş edənin izinə düşdüyünü açıqlayıb.

Polisin dəmir yolu stansiyası tərəfdə şübhəli ilə atışmaya düşdüyü deyilir. Brifinq zamanı hüquq mühafizə orqanları xəbər veriblər ki, polislə atışma zamanı güman edilən cinayətkar yaralanıb.

Xatırladaq ki, dünən gün ərzində Danimarkanın paytaxtında iki silahlı hücum baş verib. Paytaxtın mərkəzində "Krudttoenden" adlı Caz Kafeyə təşkil edilən hücumda 1 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb. Bundan bir neçə saat sonra isə paytaxda yerləşən sinaqoqa silahlı hücum olub. Hər iki hadisə zamanı silahlı şəxs gizlənə bilib. Hadisələrin bir biri ilə bağlılığı araşdırılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.