Bakının mərkəzində yol polisi ilə dalaşan sürücü özünü bıçaqladı

15-02-2015, 13:10   
Bakının mərkəzində yol polisi ilə dalaşan sürücü özünü bıçaqladı

Polis avtomobili cərimə meydançasına aparmağa çalışıb.
Bakıda avtomobilinin cərimə meydançasına aparılması ilə razılaşmayan sürücü özünə xəsarət yetirib.
Dunyaxeber.com Lent.Az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində, İstiqlaliyyət küçəsi 31 ünvanının qarşısında baş verib. Burada Baş Dövlət Yol Polisi İdarəsinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Binəqədi sakini, 1993-cü il təvəllüdlü Ramazanzadə Faiq Rövşən oğlunun idarə etdiyi “İnfiniti” markalı avtomobili saxlayıblar. Yol polisi sürücüyə qayda pozuntusu ilə bağlı məlumat verib və avtomobili cərimə meydançasına aparmağa çalışıb. Bununla razılaşmayan 22 yaşlı oğlan bıçaqla qoluna zərbələr endirib. F.Ramazanzadəyə tibbi yardım göstərilib.

Faktla bağlı zəruri araşdırmalar aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.