Ağsuda faciə: evdə uşaq doğan gəlin öldü

15-02-2015, 13:44   
Ağsuda faciə: evdə uşaq doğan gəlin öldü

Ağsu rayonunda faciəvi hadisə baş verib.

Lent.az-ın məlumatına görə, rayonun Cəlayır kəndində yaşayan 32 yaşlı Nurlanə Əzizova doğuşdan sonra vəfat edib.

Belə ki, hamiləliyinin 7-ci ayını yenicə tamam etmiş qadının kəskin sancıları tutub və o, ev şəraitində oğlan uşağı dünyaya gətirib. Bir neçə saat sonra isə qadının vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Uşaq isə sağ qalıb.

Ailə üzvlərinin dediyinə görə, maddi vəziyyətləri yaxşı olmadığından qadın doğuş vaxtı həkim nəzarətində olmayıb və övladını köhnə qaydalarla ev şəraitində dünyaya gətirib. N.Əzizova daha əvvəl iki dəfə övlad dünyaya gətirib ki, həmin uşaqlar da evdə həyata göz açıb.

Ölüm faktı ilə bağlı araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.