9 milyonluq Nyu-Yorkda 13 gün ərzində qətl törədilməyib, 3 milyonluq Bakıda isə…

16-02-2015, 10:40   
9 milyonluq Nyu-Yorkda 13 gün ərzində qətl törədilməyib, 3 milyonluq Bakıda isə…
ABŞ-ın ən iri şəhərlərindən olan Nyu-York qətlsiz 13 gün yaşayaraq rekord vurub.

Virtualaz.org saytı Amerika mediasına istinadən xəbər verir ki, ənənəvi olaraq dünyanın ən kriminal şəhərlərindən hesab edilən, əhalisinin sayı 9 milyona yaxın olan Nyu-Yorkda sonuncu qətl hadisəsi fevralın 1-də baş verib. Ondan sonra 13 gün ərzində heç bir qətl hadisəsi qeydə alınmayıb. Yalnız fevralın 14-də şəhərdə odlu silahdan açılan atəşlə sakin öldürülüb. Bundan əvvəlki rekord 10 gün idi və ötən il qeydə alınmışdı.

Kriminoloqlar qatillərin 13 gün ərzində “dincəlməsi”nin səbəblərini izah etməyə çalışırlar. Bəzilərinə görə, bu, polisin keçirdiyi hansısa irimiqyaslı əməliyyatla bağlı ola bilər. Digərləri isə bunu şəhərdə hökm sürən soyuq hava ilə əlaqələndirir.

Müqayisə üçün qeyd edək ki, əhalisinin sayı 3 milyona yaxın olan Bakıda praktiki olaraq hər gün qətl və ya qətllər baş verir. Bakı qatilləri Nyu-Yorkdan olan "həmkarları"ndan fərqli olaraq heç “məzuniyyətə” çıxmaq fikrində də deyillər...

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.