Bakıda polisi döyüb formasını cırdılar

16-02-2015, 14:19   
Bakıda polisi döyüb formasını cırdılar
Dünən gecə saatlarında Bakıda polis serjantı döyülüb.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əld etdiyi məlumata görə, hadisə saat 22 radələrində Qara Qarayev prospektində yerləşən mağazada baş verib. Hadisəni Masallı rayon sakinləri - 1998-ci il təvəllüdlü Kərim Kərimov və 1996-ci il təvəllüdlü Elmin Hacıyev törədiblər.

Onlar xuliqanlıq zəminində Metropolitendə Polis Şöbəsinin baş serjantı, 1975-ci il təvəllüdlü Tahiq Gözəl oğlu Mikayılovun alın nahiyəsinə yumruqla vurub, sonra isə xidməti geyim formasını cıraraq yararsız hala salıblar.

Hadisə baş verən zaman polis serjantı xidmətdə olmayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.