Moteldə keçmiş arvadını öldürən şəxsin adı bilindi (TƏFƏRRÜAT)

16-02-2015, 17:14   
Moteldə keçmiş arvadını öldürən şəxsin adı bilindi (TƏFƏRRÜAT)
Masazır qəsəbəsində qanlı cinayətin iştirakçıları məum olub
Abşeron rayonu Masazır qəsəbəsində qanlı cinayətin iştirakçıları məum olub.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun ANS PRESS-ə verdiyi məlumata görə, bu gün saat 14 radələrində 1980-ci il təvəllüdlü Zöhrab İsmayılov keçmiş həyat yoldaşı, 1988-ci il təvəllüdlü Vəfa Abdullayevanı Masazır qəsəbəsində yerləşən “Rome” motelində qısqanclıq zəminində üstündə gəzdirdiyi bıçaqla boyun nahiyəsinə bir neçə zərbə endirməklə qətlə yetirib.

Hadisəni törədən şəxs yaxalanıb.

Qeyd edək ki, kişi qadını başqa kişi ilə birlikdə yaxaladığı üçün öldürüb. Lakin hadisə iştirakçılarının və cinayətin dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, cinayəti törətməkdə şübhəli bilinən Z. İsmayılov hazırda rayon Prokurorluğunda dindirilir.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.