Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zorlanaraq öldürülən Özgecan Arslan üçün etiraz aksiyası keçirənlərin ünvanına sərt sözlər işlədib.
ANS PRESS-in məlumatına görə, prezident Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Aylin Nazlıakanı sərt şəkildə tənqid edib.
Ərdoğan ötən gün Nazlıakanın Mersində Özgecan Arslanın zorlanaraq öldürülməsinə etiraz etmək üçün bir qrup qadınla birlikdə mahnı oxuyub, rəqs etməsini mədəniyyətsiz bir hərəkət olduğunu deyib.
"Bu qrup Türkiyədən, millətdən, ölkə insanının dəyərlərindən və mədəniyyətindən çox uzaqdır. Belə iş olar? Qrup guya Özgecanın ölümünə rəqs edərək etiraz edirlər. Bunun əvəzinə "Fatihə" surəsini oxu, bilmirsənsə, rəhmət dilə, ailəsinə başsağlığı ver. Rəqs edir. Bunun bizim mədəniyyətimizdə yeri yoxdur. Sanki tələbə qızın ölümündən zövq alırlar".
Qeyd edək ki, Ö.Arslan ötən həftə avtobus sürücüsü tərəfindən zorlanıb və öldürülüb.