İŞİD Bağdad yaxınlarındakı Tikrit rayonunda 120 gənci qaçırıb.
Musavat.com-un məlumatına görə, bu barədə rayon məclisindən açıqlama verilib. Məclis sözçüsü Mervan Naci deyib: “IŞİD Tikritə basqın edərək Abid və Mesare tayfalarından 120 gənci qaçırıb". Naci İraq hüquq-mühafizə orqanlarını hərəkətə keçməyə və yeni qətliamın qarşısını almağa çağırıb.
Qeyd edək ki, İraqda İŞİD rəhbərliyi altındakı silahlı qrupların Mosul başda olmaqla bəzi bölgələrdə nəzarəti ələ keçirməklə başlayan qarşıdurmalar hələ də davam edir.
Gülnar