5-ci mərtəbədən yıxılan qadının vəziyyəti ağırlaşdı - Video

17-02-2015, 12:55   
5-ci mərtəbədən yıxılan qadının vəziyyəti ağırlaşdı - Video
Bakıda 5-ci mərtəbədən yığılaraq ağır xəsarət alan qadının vəziyyəti ağırdır.

Axar.az-ın məlumatına görə, ağır yaralanan Lalə Bayramova Sabunçudakı 3 saylı xəstəxanadan çıxarılaraq, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Onun ağır xəsarətlər aldığı bildirilir.

Qeyd edək ki, bədbəxt hadisə Qara Qarayev prospekti ilə Babək prospektinin kəsişməsində yerləşən çoxmərtəbəli binada baş verib. Hadisə şahidlərinin sözlərinə görə, gənc qadın ayağının altına stul qoyaraq paltar asırmış, qəfildən ayağı sürüşüb və aşağıya yuvarlanmaq üzrə olarkən eyvandan yapışa bilib. Onun köməyinə əri gəlib. O, bir müddət qadını saxlaya bilsə də, sonda gücü tükənib və onun əlindən çıxan qadın binanın önündəki torpaq hissəyə düşüb. Xoşbəxtlikdən, torpaq nəm olub və qadın ölməyib. Amma onurğa sütunu da daxil olmaqla, çoxsaylı sınıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.