Bakının Buzovna çimərliyində amansızlıqla öldürülən qadınla bağlı hər kəsin marağına səbəb olacaq təfərrüat əldə etdik.
Milli.Az-ın əldə etdiyi məlumata görə, Sevgililər Günü çimərlikdə 16 bıçaq zərbəsi ilə qətlə yetirilən 47 yaşlı Xatirə Rzayeva imkanlı xanım olub. Onun qətlində isə iki nəfərin adı hallandırılır. Bunlarda biri məhz mərhumun yaxınının qızıdır. Həmin qız tanışı olan bir oğlanla əlbir olaraq pula görə Rzayevanı öldürüb.
Xəzər Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, X.Rzayeva imkanlı adam olmayıb. Onun qətlində isə hər hansı qızın adı hallanmır. Sadəcə qətli törətməkdə şübhəli bilinən şəxs artıq müəyyən olunub. Təəssüf ki, həmin şəxs cinayəti törədəndən sonra ölkədən qaçmağa imkan tapıb. Hazırda həmin şəxsin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri aparılır.
Anar Məmmədov, Ceyhun Ələkbərov
Milli.Az