Moteldə baş verən qətlin təfərrüatı - Foto

17-02-2015, 14:51   
Moteldə baş verən qətlin təfərrüatı - Foto
Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən "Romi" motelində baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub.

Hüquq-mühafizə orqanlarından Report-a verilən məlumata görə, keçmiş həyat yoldaşını qətlə yetirən 1980-ci il təvəllüdlü Zöhrab İsmayılov istintaqa ifadə verib.

Məlum olub ki, o, hadisə günü keçmiş həyat yoldaşı, 1988-ci il təvəllüdlü Vəfa Abdullayevanı Biləcəri qəsəbəsində yerləşən parkda VAZ 2107 markalı avtomobilə əyləşən zaman görüb. Keçmiş arvadını və maşının sürücüsünü izləyən zaman isə Z.İsmayılov onların motelə daxil olduğunun şahidi olub. Z.İsmayılov əvvəlcə motelin həyətində keçmiş həyat yoldaşının gəldiyi VAZ 2107 markalı maşının təkərlərini bıçaqla deşərək boşaldıb. Sonra otağa daxil olan Z.İsmayılov V.Abdullayeva ilə mübahisə edərək "Burada nə gəzirsən" deyə soruşub. Keçmiş arvadı isə onu təhqir edib. Bu zaman Z.İsmayılov üzərində gəzdirdiyi bıçaqla V.Abdullayevanı qətlə yetirib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.

Qeyd edək ki, Z.İsmayılov qətlə yetirdiyi keçmiş həyat yoldaşı V.Abdullayeva ilə 2014-cü ildə rəsmi şəkildə ayrılıblar. Amma ayrılmaqlarına baxmayaraq, onlar bir evdə yaşayırmışlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.