Özgecan Aslanın rəfiqəsi: “Həmin sürücü məni qucaqladı və ...”

17-02-2015, 16:49   
Özgecan Aslanın rəfiqəsi: “Həmin sürücü məni qucaqladı və ...”
Türkiyə Mersin vilayətinin Tarsus rayonunda zorlanaraq öldürülən Özgecan Aslan adlı ali məktəb tələbəsinin rəfiqəsi danışıb.

ANS PRESS-in məlumatına görə, qətlə yetirilən qızın tələbə yoldaşı və yaxın rəfiqəsi olan A.G. açıqlamasında bildirib ki, hadisədən bir neçə gün əvvəl həmin şəxs onu da zorlamaq istəyib.

“Həmin avtobus sürücüsü mənə də təcavüz edib. O, mənim əlimdən tutaraq özünə tərəf sıxıb və öpüb. Daha sonra mənimlə intim münasibətdə olmaq istəyib. Lakin mən onun əlindən xilas olmuşam”, - deyə A.G. bildirib.

Tələbə qız açıqlamasında deyib ki, bu hadisə təkcə Özgecan Aslanın deyil, bu ölkədə təhsil alan bütün tələbə qızların faciəsidir: “Bizim günahımız qadın olmağımızdırmı? Bəlkə günahımız avtobusa minməkdir? Bu faciə hamımızın başına gələ bilər. Əslində bu faciədə bizim də günahımız var. Əgər baş verənlərə etiraz etsəydik, belə hallar yaşanmazdı”.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə Mersin vilayətinin Tarsus rayonunda Özgecan Aslan adlı ali məktəb tələbəsi evinə getmək üçün mindiyi ictimai nəqliyyatda 3 nəfər tərəfindən təcavüzə uğrayıb. Həmin şəxslər qızı zorlamaq istəyiblər. Qız onlara imkan vermədiyi üçün onu öldürüblər. Sonra isə cəsədi yandırılmışdı. Baş vermiş vəhşilik ölkə ictimaiyyəti tərəfindən böyük etirtazla qarşılanıb, bir çox hökumət nümayəndəsi və QHT-lər edan cəzasının bərpa olunması üçün işə başlayıb.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.