19 tələbə qızı zorlayan: “Haqqımı onlara halal etmirəm”

17-02-2015, 18:47   
19 tələbə qızı zorlayan: “Haqqımı onlara halal etmirəm”
Saxlanılan şəxs məhkəmədə verdiyi ifadə hamını şoka salıb
Türkiyənin Samsun şəhərində 19 tələbə qızı zorlayan 38 yaşlı müəllim həbs edilib. ANS PRESS-in məlumatına görə, saxlanılan şəxs Məktəb və Ailə Birlyinin sədri, 38 yaşlı Fatin G-dir. Saxlanılan şəxsin 2 uşaq atası olduğu və uzun zaman təhsil müəssisələrində çalışdığı bildirilir.

O, çalışdığı təhsil müəssisələrində oxuyan qızları tora salıb zorlayırmış. İddialara görə, o, tələbə qızları iş yerində soyundurub zorlayıb.

Fatin G. Isə məhkəmədə verdiyi ifadəsində ittihamları qəbul etməyib. O, bildirib ki, qızları zorlamayıb. Sadəcə qızlara küçədə baş verən hadisələri açıq-aydın başa salmağa çalışıb.

“Küçədə gəlib-keçən bəlli deyil. Bu səbəbdən qızları təhlükə barədə xəbərdar etməyə çalışırdım. Onları zorlamadım. Onlara həyat dərsi verməyə çalışdım. Mən onlara yaxşılıq etdim. Haqqımı onlara halal etmirəm. Mənə tələ qurdular”, - deyə Fatin G bildirib.

Məhkəmədə isə digər şahidlər və zərər çəkənlər dindirilib. Bütün ifadələr saxlanılan şəxsin əleyhinə olub. Hazırda məhkəmə müəyyən edilməmiş vaxta qədər təxirə salınıb.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.