20 yaşlı qızı qəddarlıqla öldürmüş Suphinin arvadı danışdı

17-02-2015, 21:15   

Türkiyədə dəhşətli cinayəti törədən 26 yaşlı Suphinin həyat yoldaşı Neslihan Altındöken mətbuat üçün danışıb. 3 yaşındakı oğlu ilə yaxınlarının yanına sığınan Neslihan, Suphi ilə 5 il əvvəl evləndiyini bildirib: "Sevərək evləndik, amma mənə həyatı zəhər etdi. Evləndiyim günə lənət olsun. Həmişə məni döyürdü. Artıq gücüm qalmamışdı. Bir neçə ay əvvəl boşanmaq üçün məhkəməyə müraciət etmək istədim. Məni və oğlumu ölümlə təhdid etdi. Mən də fikrimdən daşındım."

Neslihan bundan əlavə cinayətin baş verdiyi gecə haqqında da danışıb: "Evə girər-girməz hamama getdi. Elini-üzünü yudu. Üzündə dırnaq izləri, sıyrıqlar var idi. Nə olduğunu soruşdum. Dava etdiyini dedi. Paltarını dəyişib evdən çıxdı. Sonra həbs edildiyini öyrəndim. Məni də ifadə almaq üçün polisə apardılar. Allah onun bəlasını versin. Onun ən ağır cəza almasını istəyirəm. Qətiyyən üzülmürəm. O, Özgecanın həyatını da, bizim həyatımızı da bitirdi. Lənət olsun ona"

Xatırladaq ki, universitet tələbəsi 20 yaşlı Özgecan Aslan evə gəlməyincə, ailəsi polisə müraciət etmək məcburiyyətində qalıb. 2 gün axtarılan gənc qızın cəsədi tapılıb. Məlum olub ki, gənc qız Çamalan kəndi yaxınlığında döyülərək öldürülüb. Daha sonra qızın cəsədi dərəyə aparılaraq yandırılıb. Türkiyə mediasında yer alan məlumatlara görə, 20 yaşlı gənc, 11 fevral tarixində universitetdən çıxdıqdan sonra alış-veriş mərkəzinə gedib. Alış-veriş mərkəzindən ayrılan Özgecan Aslan, daha sonra şəhərlərarası sərnişin daşıyan mikroavtobusa minib. Mikroavtobus sürücüsü Suphi, ona təcavüz etmək istəyib. Gənc qızı bıçaqlayan Suphi, daha sonra onun əllərini kəsərək yandırıb.

Teymur
Bizimyol.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.