Abşeron Rayon Polis İdarəsinin (RPİ) 3 əməkdaşı Binəqədi RPİ-yə təyinat alıb. Report-un məlumatına görə, bu barədə müvafiq əmrləri daxili işlər naziri general-polkovnik Ramil Usubov imzalayıb. Belə ki, Abşeron RPİ-nin Təhqiqat Bölməsinin rəisi polis mayoru Həsrət Aslanov Binəqədi RPİ-nin İstintaq Şöbəsinin (İŞ) rəisi təyin olunub. Binəqədi RPİ-nin İŞ-nin keçmiş rəisi polis polkovnik-leytenantı Ceyhun Axundov isə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə baş müstəntiq vəzifəsinə təyinat alıb. Bundan başqa, Abşeron RPi-nin müstəntiqləri Nəriiman Atakişiyev və Məhəmməd Tağıyev də Binəqədi RPİ-yə təyinatlar alıb. Qeyd edək ki, Abşeron RPİ-in keşmiş rəisi polis polkovniki Namiq İsmayılov bir neçə ay əvvəl Binəqədi RPi-nin rəisi təyin olunub.