Azərbaycanda kişi ikinci və üçüncü həyat yoldaşını öldürüb

18-02-2015, 11:16   
Azərbaycanda kişi ikinci və üçüncü həyat yoldaşını öldürüb
Həyat yoldaşını öldürən şəxsin 9 il əvvəl də qətl törətdiyi üzə çıxıb

Gəncədə 3-cü həyat yoldaşını öldürən şəxsin 10 il bundan əvvəl 2-ci arvadını da qətlə yetirdiyi məlum olub.

Yerli hüquq-mühafizə orqanlarından APA-nın qərb bürosunun verilən məlumata görə, ötən ilin dekabrın 19-da həyat yoldaşı, 1985-ci il təvəllüdlü Esmira Bağban qızı Əliyevanı qətlə yetirdiyinə görə həbs edilən şəhər sakini, 1963-cü il təvəllüdlü Vidalət Təbriz oğlu İsmayılovun daha bir qətl törətdiyi aşkarlanıb. Məlumata görə, V. İsmayılov 2006-cı ildə 2-ci həyat yoldaşı, 1977-ci il təvəllüdlü Rəna Akif qızı Əsgərovanı da qətlə yetirərək Gəncə çayının sahilində yerləşən həyətyanı sahəsində basdırıb. Hazırda hüquq-mühafizə orqanları meyitin basdırıldığı ərazidə araşdırma aparırlar.

Qeyd edək ki, V. İsmayılov 2014-cü ilin oktyabr ayında 3-cü həyat yoldaşı Esmira Əliyevanı şəxsi münasibətlərin pozulması zəminində şal ilə boğaraq öldürdükdən sonra Göygöl rayonunun Totanlı kəndində yerləşən özünə məxsus evin həyətində basdırıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.