Bu gecə Gəncədə 20 yaşlı oğlan özündən 2 yaş kiçik həmyerlisinin başını kəsib.
Rayon Prokurorluğundan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, qanlı cinayəti törədən şəxs saxlanılıb.
Belə ki, 1995-ci il təvəllüdlü Şahlar Şahin oğlu Əliyev həmyerlisi 1997-ci il təvəllüdlü İmaməddin İmaməli oğlu Hacıyevin başını kəsib.
İlkin məlumata görə, o bu hadisəni qısqanclıq zəminində törədib. Bildirilir ki, İmaməddin Hacıyev ilə Şahlar Əliyevin bacısı arasında münasibətlər olub.
Qeyd edək ki, Ş.Əliyev qətli tərətdikdən sonra könüllü olaraq polisə təslim olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə
ANS PRESS: Ülvi Telmansoy