Nüfuzlu "Global Firepower" təşkilatı dünya ölkələri ordularının yeni reytinq cədvəlini açıqlayıb.
ANS PRESS-in təşkilata istinadla verdiyi məlumata görə, siyahıya 126 ölkənin adı daxil edilib. Ölkələrin hərbi gücünü araşdıran təşkilat bunun üçün 50-dən çox amili nəzərə alıb.
Siyahıda Azərbaycan ordusu 63-cü pillədə qərarlaşıb. Ordumuz Ermənistan ordusunu 11 pillə qabaqlayır. Azərbayacanın qabaqladığı ölkələr arasında Qazaxıstan, Yunanıstan, Gürcüstan və Serbiya da var.
Reytinq siyahısında ilk üçlükdə isə müvafiq olaraq ABŞ, Rusiya və Çin qərarlaşıb. Onları Hindistan və Böyük Britaniya izləyib. Türkiyə isə siyahıda 10-cu sırada özünə yer tapıb.
Qeyd edək ki, "Global Firepower" təşkilatı orduların gücünə görə, reytinq müəyyən edilərkən nüvə potensialı, coğrafi amillər, təbii resurslardan asılılıq, hərbi dəniz qüvvələrinin olması kimi detallara diqqət yetirir.
Reytinq siyahısında sırf hərbi texnikanın sayı hesablanmır. Araşdırma aparılarkən, ordunun kopmleks göstəriciləri nəzərə alınır.