[media=https://www.youtube.com/watch?v=2lj9GHSwSrc]
Rusiyada azərbaycanlı və ermənilərdən ibarət dəstə saxlanılıb.
ANS PRESS-in məlumatına görə, Rusiya mətbuatı yazır ki, 8 nəfərdən ibarət cinayətkar dəstə bir biznesmeni soymaq istəyərkən saxlanılıblar.
Belə ki, polis dəstənin növbəti əməlindən əvvəlcədən xəbər tutublar. Biznesmen avtomobili ilə hərəkət edərkən dəstə üzvləri maşının qarşısını kəsiblər. Bu vaxt biznesmenin avtomobilində 10 milyon rubla yaxın pul olub. Cinayatəkar dəstə avtomobilin şüşələrini qırıb pulları götüürmək istəyərkən əvvəlcədən hadisə yerində olanb polislər onlara yaxınlaşıblar.
Bu zaman cinayətkarlardan biri əlindəki dəmir parçası ilə polisin başına vurub və tərəflər arasında atışma baş verib. Polis dəstə üzvlərini zərərsizləşdirə biliblər. Atışmada yaralanan cinayətkarlardan biri xəstəxanaya yerləşdiriliblər.