Dəfələrlə rayon sakinləri aidiyyati orqanlara şikayət etsələr də, hələ ki, nəticəsi yoxdur
Bərdə rayonunda fəaliyyət göstərən Dövlət İdarəetmə və Texnologiya Kolleci təhsil ocağından daha çox rüşvət ocağı kimi tanınır. Bu kollecə bir qrup müəllim və tələbələr biznes obyekti kimi də baxır desək yanılmarıq.
Kollecdəki rüşvət və korrupsiya halları, özbaşınalıqlar, maxinasiya, mənimsəmə faktları, dərsdənyayınma, biabırçı insidentlər, müəllim-direktor qarşıdurmaları pik həddə çatıb.
Direktor fəaliyyətində özbaşınalıqlara geniş yer ayırmış Xaləddin Ələkbərova iştahası üstün gəldiyi üçün təhsili bir tərəfə atıb, pulu qucaqlayıb. Sözügedən elm ocağında təhsildən başqa nə desən görmək mümkündür. Sözügedən kollecdən qovulmaması üçün adının getməməsini xahiş edən tələbələrdən birinin saytımıza yazdığı məktubda deyilir:
Kollecdə əməlli-başlı alver gedir. Necə deyərlər qoy ovcuma, qoyum ovcuna. Pulunu verdin vəssalam, dərsə, imtahana gəlməsəndə olar. Hamısı həll olunur. Kollecə qəbul olan necə oxudu,necə bilik aldı heç özü də bilmir. Çünki kollecdə tələbəyə təhsil yox,rüşvət almağın və verməyin yolları öyrədilir. Rüşvətin və özbaşınalığın baş alıb, getdiyi bu təhsil ocağında rektor Xaləddin Ələkbərov və adamları gizli qəbullardan tutmuş, saxta diplomlara qədər açıq şəkildə alqı-satqı ilə məşğuldurlar.
Ancaq bütün bunlara rəğmən heç kim onlara “gözün üstündə qaşın var”demir. Kollecdə tələbələrin haqqını tapdalayırlar, valideyinlərini də övladlarının kollecdən atılması adı ilə hədələyib, rüşvət verməyə təhrik edirlər. Bildiyimiz kimi, Təhsil Nazirliyi məktəb və kolleclərə ayrı-ayrı illərdə təmir olunması məqsədilə vəsait ayırır. Amma kollecə baxılan zaman açıq-aydın görünür ki, həmin vəsaitlər kollecin təmirinə yox Xaləddin Ələkbərovun cibinə gedib.
Dəfələrlə rayon sakinləri aidiyyati orqanlara şikayət etsələr də,hələ ki, nəticəsi yoxdur. Bu da o deməkdir ki, rayonun icra hakimiyyəti də vəziyyətdən halidir. Əks halda bu günə qədər bir tədbir görülmüş olardı.
Tələbənin bildirdiyinə görə kollec rəhbərlərinin bu əməllərinin belə cavabsız qalma səbəblərindən biri və birincisi Təhsil Nazirliyində olan havadarları hesabınadır. Çünki Təhsil Naziri Mikayıl Cabbarovun korrupsianer və rüşvətxor təhsil işçilərinə münasibəti bəllidir. Sadəcə Xaləddin Ələkbərovla bağlı gələn şikayətləri Nazirin xəbər tutmaması üçün dəridən qabıqdan çıxanlar da var. Təbii ki sözgedən drektor da havadarlarını vaxtı – vaxtında “yemləməyi” bacarır.
Daha sonra tələbə onu da bildirdi ki, artıq məsələ ilə bağlı Prezidentə şikayət ərizəsi yazmışıq və tezliklə nəticəsi olacağına inanırıq.