İŞİD terror qruplaşması ələ keçirdiyi kürd transvestiti yandıracağını bildirib.
ANS PRESS-in məlumatına görə, kürd kanallarında rəqs videosu yayılan transvestit İŞİD-i hiddətləndirib. Həmin gəncin videosu yayılandan sonra terror qruplaşması onu ələ keçirib. Qruplaşma o da daxil olmaqla tutduğu 17 kürd peşmərgəni iordaniyalı pilot kimi yandıracağını bildirib.
Lakin həmin transvestitin aqibəti haqqında başqa xəbərlər də var. Belə ki, bəzi kürd mənbələri onun İŞİD-in əlindən qaçdığını iddia edir. Amma bu da hələ dəqiq deyil. Bəzi mənbələr isə həmin transvestitin ələ keçiriləndən sonra əlində silah İŞİD-in tərəfində döyüşlərə qatıldığını deyir.