Britaniyanın "Qardian" ("The Guardian") qəzetinin manatla bağlı bir neçə ay əvvəl verdiyi proqnoz özünü doğrultdu. Publika.az-ın məumatına görə, qəzet Azərbaycan manatının kəskin ucuzlaşacağı barədə əvvəlcədən proqnoz veribmiş. "Qardian" qəzeti MDB ölkələri ilə bağlı fevralın ortalarında hazırladığı yazıda milli valyutaların dollar və avroya nisbətən dəyər itirəcəyi bildirilib. Səbəb isə MDB ölkələrinin iqtisadiyyatının hazırda bohran yaşayan Rusiyadan asılılığı göstərilib. Yazıda deyilir ki, Azərbaycan iqtisadiyyatında Rusiyadan köçürülən pulların payı 2,5 faizdir. Ermənistanda bu rəqəm 21, Gürcüstanda isə 12 faiz göstərilib. Azərbaycan iqtisadiyyatının neftdən asılı olduğunu bildirən ingilis qəzeti dünya bazarında hazırkı qiymətlər səviyyəsində manatın məzənnəsinin aşağı salınmasının zəruri olduğunu vurğulayıb. "Manatın məzənnəsini sabit saxlamaq üçün ehtiyat fondundan dollarlar xərcləmək düzgün siyasət deyil", - qəzet yazıb. -