Goranboyda möhtəşəm bayram tədbiri keçirildi

8-05-2014, 19:31   
Goranboyda möhtəşəm bayram tədbiri keçirildi
Heydər Əliyevin doğumunun 91-ci ildönümü ilə bağlı tədbirlər şöləni

Mayın 7-də Goranboy rayonunda gül bayramı keçirildi. Əvvəlcə icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev və rayon ictimaiyyətinin nümayəndələri Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşdur. Rayonun idarə, müəssisə və təşkilatlarının hazırladıqları gül sərgiləri, habelə rayon Mədəniyyət və turizm şöbəsinin təşkil etdiyi kitab və rəsm sərgiləri rayon əhalisi tərəfindən böyük maraqla qarşılanmışdır.

Goranboy RİH-dən verilən məlumatda deyilir ki, ümumilikdə, dekorasiyaların hazırlanmasında 167 min güldən istifadə edilmişdir.

Ulu öndər Heydər Əliyevin respublikada hakimiyyətdə olduğu dövrlərdə gördüyü böyük işlər barədə rayon ictimaiyyətinə geniş məlumat verilmişdir.

Gül bayramı Heydər Əliyev Mərkəzi ilə tanışlıq və konsert proqramı ilə başa çatmışdır. Respublikanın xalq artistləri Teymur Mustafayevin, Zaur Rzayevin, əməkdar artist Teymur Əmrahın, Aşıq Zülfiyyənin, digər tanınmış incəsənət ustalarının və «Fatimə» rəqs ansamblının çıxışları alqışlarla qarşılanmışdır.

Gül bayramında 8000 nəfərdən çox goranboylu iştirak etmişdir.

Onu da bildirək ki, Goranboy rayon icra hakimiyyəti tərəfindən keçirilən törəndə rəsm sərgisi də keçirilib ki, bu da yerli ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Mərhum prezident Heydər Əliyevin rəsm əsəri isə xüsusi maraqla qarşılanıb.

Rayon icra hakimiyyətindən verilən informasiyada bildirilir ki, güllərdən hazırlanmış dekorasiyalarda Heydər Əliyevin xatirəsini yad edən yerli yaradıcı kollektivin əsərlərinə diqqət yetirən ictimaiyyət nümayəndələri eyni zamanda mərhum prezident Heydər Əliyevlə bağlı nəşrlərlə də tanışlıq imkanı əldə ediblər.

Sonda Heydər Əliyevin xatirəsinə, doğumunun 91-ci ildönümünə həsr olunmuş tədbirlər silsiləsi atəşfəşanlıqla başa çatıb.








Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar