Bakıda böyük narazılıq (VİDEO)

25-02-2015, 23:47   
Bakıda böyük narazılıq (VİDEO)

Nitq və eşitmə qüsurluların cəmiyyətinin sədr seçkilərində mübahisə yaşanıb. Cəmiyyət üzvləri indiyə kimi vitse-prezident olan şəxsə etiraz ediblər. Çünki onun səlahiyyətlərini düzgün yerinə yetirmədiklərini deyirlər.

ANS TV-nin məlumatına görə, bu gün eşitmə qüsurluların cəmiyyətinə sədr seçkisi izdihamla müşahidə edilib. Belə ki, cəmiyyətin nizamnaməsinə əsasən qurultay təşkil edilib. Seçki aparılırdı, tədbir üçün bölgələrdən gələn 10-larla nümayəndə qeydiyyata alınıb içəri buraxılırdı. Cəmiyyətin üzvlərinin çoxunun isə bir dərdi vardı - Musa Tukanov tezliklə bu cəmiyyətdən uzaqlaşsın. Çünki o vitse-prezident olduğu dövrdə cəmiyyətə məxsus klublar satılıb. Nizamnəmənin qanunlarına əməl edilmir. Sədrin isə eşitmə və danışıq qüsuru olmayan adamın seçilməsi təklifi Musa Tukanovu daha da gözdən salıb.

“Sədr bizə baxmır, problemlə bağlı bir neçə dəfə sədrə ərizə yazmışıq ki, aidiyyəti qurumlara çatdırsın. Amma o müraciətləri ünvanına çatdırmayaraq, özündə saxlayıb”, – deyə cəmiyyət üzvü bildirib.

Bir neçə dəqiqədən sonra çətinlikdə olsa qurultay baş tutdu. Amma Musa Tukanov 5 nümayəndənin qurultaya gəlmədiyi üçün seçkilərin ləğv olunduğunu qeyd etdi. Nümayəndələrin əksəriyyəti həmin 5 nəfərin Musa bəy tərəfindən təzyiq edildiyi üçün gəlmədiyini qeyd etdi. Amma vitse-prezident bütün bu fikrlərin yalan olduğunu bildirdi. O dedi ki, nümayəndələrin hər biri burda olsa qurultay gələn ay baş tutacaq.

“Prezidenti onların özləri seçir. Seçilən şəxsin isə danşan olub-olmaması, mənim üçün bir fərqi yoxdur. Namizədlər teleqram vurublar ki, biz gələ bilməyəcəklər. Artıq bura yığışanlara bu elan olunub”, – deyə Karlar cəmiyyətinin vitse-prezidenti Musa Tukanov qeyd edib.

Bu fikirlər isə cəmiyyət üzvlərini hiddətə gətirdi. Onun dediklərinə əl çalmaqla etiraz etdilər. Dərhal əraziyə hüququ-mühafizə orqanlarının əməkdaları cəlb edildi.

Musa Tukanov zorla da olsa, polislərin köməyilə ərazidən uzaqlaşdırıldı.

Daha sonra cəmiyyət üzvləri növbədənkənar iclas keçirdi. Burada vitse-prezidentin qanunsuz əməlləri müzakirə edildi. Qərara alındı ki, vitse-prezident məhkəmyə verilsin.

Bundan sonra nitq və əqli qüsurlular problemlə bağlı Ədliyyə Nazirliyinə də müraciət edəcəklərini bildirdilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.