Kremlin qazı alınır: Əliyevlə AB nələri danışıb?

26-02-2015, 10:27   
Kremlin qazı alınır: Əliyevlə AB nələri danışıb?

Avropa Birliyi Rusiyadan enerji asılılığını azaltmaq məqsədilə Azərbaycan və Türkmənistana üz tutmağa başlayır.

Axar.az xəbər verir ki, bu barədə nüfuzlu “Faynənşl Tayms” (“Financial Times”) qəzeti yazıb. Qəzetə göstərilən sənəd layihələrində deyilir ki, Avropa Birliyi Azərbaycan, Türkmənistan və Əlcəzair kimi ölkələrlə strateji enerji tərəfdaşlıqları yaratmaq üçün bütün xarici siyasət alətlərindən istifadə etmək niyyətindədir.

“Rusiya Avropa üçün mühüm təchizatçı olaraq qalacaq. Lakin onun nüfuzu azalacaq”, - Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maros Sefcovic qəzetə bildirib. Eyni zamanda, Sefcovic deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Birliyində enerji ilə bağlı bürokratiyanın azaldılması barədə danışıqlar aparıb.

“Bunun əsas prioritet olması, bizim siyasət və tənzimləmə baxımından hər bir yardım göstərməyə hazır olmağımız barədə investorlara siyasi arxayınlıq vermək çox vacibdir”, - Avropa Komissiyasının rəsmisi deyib.

Qeyd edək ki, Ukraynanın şərqindəki münaqişəyə görə Avropa ilə Rusiya arasında münasibətlər gərginləşib. Qərb Rusiyanı Ukraynada döyüşən üsyançıları silah və əsgərlə təchiz etməkdə ittiham edir. 2013-cü ilin rəqəmlərinə əsasən, Avropa təbii qazın 27 faizini Rusiyadan alır. Azərbaycandan İtaliyaya qaz nəql edəcək Trans-Adriatik boru kəməri (TAP) 2020-ci ilədək Avropanı 10 milyard kubmetr qazla təmin edəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar