Bakıda polis və həkimlər ayağa qaldırıldı

26-02-2015, 10:33   


Bu gün Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Xocalı prospektində yerləşən “Ana harayı” abidəsini ziyarət edənlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə polis əməkdaşları və təcili tibbi yardım həkimləri növbə çəkir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov ANS PRESS-ə verdiyi məlumta görə, səhər saatlarında Xocalı prospekti ərazisində, girişdə və çıxışlarda polis əməkdaşları növbə çəkir.

Ziyarətə gələrlərin təhlükəsizliyini təmin etmək, ictimai asayişin qorunması üçün əməkdaşlarımız xidmət başındadırlar. Bundan başqa, Daxili İşlər Nazirliyinin rəhbərliyi başda olmaqla, bütün əməkdaşlarımız səhər saatlarında “Ana harayı” abidəsini ziyarət edir. Hazırda oradayıq”, - deyə Ehsan Zahidov bildirib.

Bundan başqa, Bakı şəhər Təcili və Tibbi Yardım Stansiyasının həkimləri də “Ana harayı” abidəsinin yaxınlığında növbə çəkirlər. Bu barədə stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyev ANS PRESS-ə bildirib.

“Bu gün səhər saat 8-dən başlayaraq həkim briqadamız ərazidə növbə çəkir. Həkimlərimiz tədbir qurtarana qədər orad olacaq. Bu saata qədər tədbir zamanı halı pisləşən olmayıb”, - deyə Oqtay Şahmalıyev bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar